Çempionlar Liqası: "Tottenhem"in mətbuat konfransı

Bu gün UEFA Çempionlar Liqasında 2018/2019-cu illər mövsümünə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, qitənin ən böyük klub turnirinin finalında İngiltərə komandaları - “Tottenhem”lə “Liverpul” mübarizə aparacaq.

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino final ərəfəsində ənənəvi mətbuat konfransında komandasının tam hazır olduğunu bildirib.

“Biz finala çox ciddi hazırlaşmışıq. Futbolçular qaçmağa, ötürməyə, görüşdən həzz almağa hazırdırlar. Sonda qələbəni hiss edirəm. Hər hərəkətimizdə diqqətli olmalıyıq. Rəqibimiz heç də asan deyil. Bu, “Liverpul”dur. Düşünürəm ki, Kloppun komandası ilə “Mançester Siti” İngiltərənin ən yaxşı klublarıdır. Hər ikisi Premyer Liqada və Çempionlar Liqasında fantastik oyunlarla yadda qalıb. Azarkeşlər finalda çox sürətli oyun izləyəcəklər”.

Qeyd edək ki, “Tottenhem” – “Liverpul” finalı Madridin “Vanda Metropolitano” stadionunda olacaq. Qarşılaşma bu gün saat 23-də başlanacaq.