Osimhen İngiltərəyə köçür?
"Qalatasaray"ın ulduzu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Tottenhem" 27 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Qeyd edək ki, "mahmızlar" Osimhen üçün "Qalatasaray"a 55 milyon avro ödəməyə hazırdır.