“Karvan-Yevlax”dan yeni transfer
“Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Yevlax təmsilçisi Sadiq Quliyevi heyətinə qatıb.
Futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Sadiq Quliyevin son klubu "Səbail" olub.