"Şamaxı" "Qəbələ"yə qalib gəldi
Yeni mövsüm hazırlıqlarını davam etdirən "Qəbələ" və "Şamaxı" klubları yoxlama matçına çıxıb.
Sportline.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadiounda üz-üzə gəliblər. Matç Şamaxı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Şamaxı"nın heyətində Oruc Məmmədov dubl edib. "Qəbələ"nin yeganə qolunu isə Uboçioma Meşak vurub.