Suzuki PSJ-yə keçir
"Parma"nın qapıçısı Zion Suzuki karyerasını PSJ-də davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
23 yaşlı kiperin dəyəri 30 milyon avrodur.
Qeyd edək ki, Z.Suzuki İtaliya klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.