İstanbul klubundan Salah açıqlaması

“Trabzonspor” prezidenti Ərtoğrul Doğan transfer gündəmi ilə bağlı açıqlamalar verib.

Sportline.az xəbər verir ki, klub rəhbəri adı “Trabzonspor”la hallanan Məhəmməd Salah barədə razılaşmanın olmadığını bildirib. O, “Mən prosesin davam etdiyini demədim. Vəziyyəti izah etdim. Razılaşma yoxdur”.

Prezident nigeriyalı futbolçu Çibuike Nvayvu ilə bağlı da danışıb. O, klubun futbolçu üçün gözlədiyi səviyyədə təklif almadığını qeyd edib.