Çempionlar Liqasında oyunların başlanma saatı dəyişdirilir

Çempionlar Liqasında oyunların başlanma saatında dəyişiklik edilir. SportLine.az xəbər verir ki, bu barədə UEFA baş katibinin müavini Corcio Marketti açıqlama verib. Onun sözlərinə görə, 2018/2019 mövsümündə oyunlar yeni vaxtlarda başlayacaq:

"Qərara gəldik ki, oyunların bir qismi 19:00-da (Bakı vaxtı ilə, 22:00), bir qismi isə 21:00-da (Bakı vaxtı ilə, 00:00) başlansın".

Qeyd edək ki, hazırda ÇL-in oyunları 20:45-də (Bakı vaxtilə saat 23:45) başlayır.