Çempionlar Liqasının ən yaxşı məşqçisi

Zinəddin Zidan "Squawka" versiyasına görə Çempionlar Liqası tarixinin ən yaxşı baş məşqçi seçilib.

Sportline.az xəbər verir ki, yarışın ən uğurlu çalışdırıcısı, Madrid "Real"ı ilə, üç mövsüm ardıcıl baş mükafata layiq görülüb.

O, 2016, 2017 və 2018-ci illərdə komandanı qələbəyə daşıyıb.

Siyahıda ikinci yerdə "Mançester Siti"nin hazırkı baş məşqçisi Xosep Qvardiola qərarlaşıb. O, “Barselona”nı Çempionlar Liqasında iki dəfə (2009 və 2011-ci illər) qələbəyə apamağı bacarıb.

Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçilərin siyahısında ilk üçlüyü “Everton”un hazırkı baş məşqçisi Karlo Ançelotti qapayıb. O iki klubla – “Real”la və “Milan”la Çempionlar Liqasını udmağa nail olub. Ançelotti 2003 və 2007-ci illərdə “Milan”ı və 2014-cü ildə isə "Real”ı qələbəyə aparıb.