Çempionlar Liqasının həlledici oyunları İstanbulda olacaq
Qadın voleybolçuların Çempionlar Liqasının "dördlər finalı" İstanbulda təşkil olunacaq.
Bu haqda Avropa Voleybol Konfederasiyası (CEV) qərar qəbul edib.
Bu məlumat Türkiyə Voleybol Federasiyasının rəsmi səhifəsində də təsdiqini tapıb.
Qərara əsasən həlledici oyunlar 3-4 may tarixlərində İstanbul şəhərində keçiriləcək.
Qeyd edək ki, İstanbul son dəfə 2018-ci ildə anoloji yarışın ev sahibi olmuşdu.