Çempionlar Liqasının yeni təqvimi

UEFA Çempionlar Liqasında mövsümün yeni təqvimi hazırlanır.
 
Sportline.az xəbər verir ki, çərşənbə günü UEFA nümayəndələri və klub prezidentləri arasında videokonfrans keçirilib. İclas zamanı ÇL-in yeni təqvimi müzakirə olunub.
 
1/8 final mərhələsinin "Lion" və "Yuventus" arasında oynanılmalı olan cavab görüşünün avqustun 8-də keçirilməsi planlaşdırılır. İlk oyun Fransa klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
 
Mənbənin iddiasına görə, Çempionlar Liqasının final matçı avqustun 29-na təyin olunub.