Çexiyada da futbol geri dönür

Koronavirus pandemiyasına görə dayandırılan Çexiya yüksək liqası ilə bağlı qərar verilib.

Sportline.az çempionatın rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, turnir mayın 23-dən davam etdiriləcək. İki aylıq fasilədən sonra ilk qarşılaşma “Teplitse” ilə “Slovan “ arasında olacaq. 

Qeyd edək ki, daha əvvəl çempionatın mayın 25-də bərpa olunacağı açıqlanmışdı.