Çexiyalı futbolçu karyerasını Türkiyədə davam etdirəcək

"Slaviya"nın (Praqa) hücumçusu Vaçlav Yureçka karyerasını Super Liqada davam etdirəcək.

Sportline.az Fanatik.com-a istinadla xəbər verir ki, "Rizespor" klubu 30 yaşlı futbolçu ilə razılıq əldə edib.

Çexiyalı futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Ötən mövsüm Praqa klubunun heyətində 44 oyuna çıxan Yureçka aktivinə 22 qol və 7 asist yazdırıb.

Qeyd edək ki, "Rizespor" Super Liqada 4 oyundan sonra 4 xal toplayıb.