ÇL: 1/4 final həyəcanı başlayır
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Yarışın son qalibi "Barselona" Madrid "Atletiko"sunu qəbul edəcək. La Liqanın son turunda "Real"a uduzan katalonlar məğlubiyyəti Çempionlar Liqasında unutdurmaq niyyətindədirlər.
Digər oyunda "Bavariya" "Benfika"nı sınağa çəkəcək. "Yuventus" səddini çətin adlayan Münhen klubunun Portuqaliya təmsilçisi ilə görüşdə şansları daha yüksək qiymətləndirilir.
05 aprel 2016
Çempionlar Liqası, 1/4 final
22:45. "Bavariya" - "Benfika"
"Allians Arena"
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Radoslav Seyka, Tomaş Listkyeviç, Pavel Raskovski, Tomkaş Musial.
22:45. "Barselona" - "Atletiko" (Madrid)
"Nou Kamp"
Hakimlər: Feliks Brix, Mark Borş, Ştefan Lupp, Marko Axmüller, Bastian Dankert, Marko Frits.