"Real" möcüzəyə imkan vermədi

Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gələcək. SportLine.az xəbər verir ki, Madriddə keçiriləcək görüşdə "Atletiko" "Real"ı qəbul edəcək.

Ötən həftə üç cavabsız qolla qalib gələn "kral klubu" finalın bir addımlığındadır. "Atletiko" isə doğma azarkeşlər önündə möcüzə axataracaq.


10 may 2017
Çempionlar Liqası, yarımfinal (Cavab oyunu)

"Atletiko" (Madrid) - "Real" (Madrid) - 2:1
QOLLAR:
Saul, 12 (1:0); Qrizmann, 16/p. (2:0); İsko, 42 (2:1)