PSJ "Barsa"nı darmadağın etdi, "Benfika" qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Yarışın favoritlərindən - "Barselona" Fransaya səfər edəcək. Luis Enrikenin komandası PSJ ilə görüşdə sərfəli nəticəyə ümid edir.

Digər matçda isə "Benfika" "Borussiya" (Dortmund) ilə münasibətləri aydınlaşdıracaq.

Hər iki oyunun start fiti Bakı vaxtı ilə 23:45-də səslənəcək.


14 fevral 2016
Çempionlar Liqası, 1/8 final


“Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 1:0
QOL:
Mitroğlu, 48 (1:0)

Baş hakim: Nikola Ritsoli (İtaliya)
 
PSJ (Fransa) – “Barselona” (İspaniya) - 4:0
QOLLAR:
Di Maria, 18 (1:0); Draksler, 40 (2:0); Di Maria, 55 (3:0); Kavani, 72 (4:0)

Baş hakim: Şimon Marçinyak (Polşa)