ÇL: Finalın hakimləri açıqlandı
UEFA Çempionlar Liqasında final matçını idarə edəcək hakimlər briqadası müəyyənləşib.
SportLine.az xəbər verir ki, Madrid "Real"ı və "Yuventus" arasında keçiriləcək oyunu Almaniyadan olan hakimlər idarə edəcək. Görüşdə əsas söz sahibi Feliks Brix olacaq. Ona həmyerliləri Mark Borş və Ştefan Lupp kömək edəcəklər.
Qeyd edək ki, iyunun 3-də Kardiffin “Millenium” stadionunda keçiriləcək həlledici görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.