ÇL: Həftənin komandası müəyyənləşdi
UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, "11-lik"də bu futbolçular yer alıb:
Qapıçı: Yan Oblak ("Atletiko")
Müdafiəçilər: Aleks Sandro, Corcio Kyellini, Dani Alves (hamısı "Yuventus")
Yarımmüdafiəçilər: Koke, Saul Niqes (hər ikisi "Atletiko"), Toni Kroos, İsko (hər ikisi "Real"), Kilian Mbappe ("Monako")
Hücumçular: Mario Mandzukiç ("Yuventus"), Antuan Qrizmann ("Atletiko")