ÇL: Həftənin oyunçusu müəyyənləşdi

Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu bəlli olub. SportLine.az xəbər verir ki, UEFA-nın saytındakı onlayn səsvermədə "Liverpul"un üzvü Mohamed Salah rəqiblərini qabaqlayıb. Misirli futbolçu səslərin 51%-ini toplayıb.

Lionel Messi ikinci (20%), Kriştianu Ronaldu isə üçüncü (12%) olub.

Qeyd edək ki, “Liverpul”un “Sevilya” ilə heç-heçə etdiyi (2:2) qarşılaşmada Məhəmməd Salah 1 qol vurub.