ÇL: İlk yarımfinalçılar müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın ilk cavab görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, oyun günündə iki qarşılaşma olacaq.
Almaniyada "Volfsburq"a gözlənilmədən məğlub olan "Real" məsələni Madriddə həll etmək niyyətindədir. "Canavarlar" isə yarımfinala adlamaqla tarix yazmaq arzusundadırlar.
Paris səfərindən qollu heç-heçə ilə dönən "Mançester Siti" PSJ ilə görüşə üstün çıxacaq. Fransa klubundan növbəti mərhələyə yüksəlmək üçün qol vurmaq tələb olunur.
12 aprel 2016
Çempionlar Liqası, 1/4 final (Cavab oyunları)
22:45. "Real" (Madrid) - "Volfsburq"
22:45. "Mançester Siti" - PSJ