ÇL: Oyunların başlanma saatı dəyişdirildi
Çempionlar Liqasında oyunların başlanma vaxtı dəyişdirilib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Yeni saatın növbəti mövsümdən tətbiq edilməsi nəzərdə tutulub.
Oyunların bir hissəsi Avropa vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 21:00/22:00), digər hissəsi isə 21:00-da (Bakı vaxtı ilə 23:00/00:00) başlanacaq.
Qeyd edək ki, hazırda qitənin ən nüfuzlu klub turnirində oyunların start fiti 20:45-də (Bakı vaxtilə saat 22:45/23:45) səslənir.