"Qarabağ" "Şerif"in müqavimətini qıra bilmədi
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, azərbaycanlı futbolsevərlərin diqqəti Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
Təmsilçimiz "Qarabağ" ilk oyununu doğma azarkeşlər önündə keçirəcək. Ağdam klubu Moldova çempionu - "Şerif"lə qarşılaşacaq.
II mərhələdə "Samtredia" üzərində inamlı qələbə ilə ümidləri doğruldan "köhlən atlar", bu dəfə də azarkeşlərini sevindirmək niyyətindədir. Ancaq "Kukesi" səddini adlayan Tiraspol təmsilçisinin meydana ağ bayraq qaldırmaq üçün çıxmayacağı dəqiqdir.
Saat 21:00-da başlanacaq görüşü Belarus Futbol Federasiyasından Sergey Sinkeviç idarə edəcək.
25 iyul 2017
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) - 0:0
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanav, Vitali Malyutsin (hər ikisi Belarus)
Dördüncü hakim: Viktor Şimusik (Belarus)
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 17. Donald Gerye, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev
“Şerif”: 1. Zvonimir Mikoliç, 4. Racu Petru, 6. Viktor Oliviera, 9. Stefan Muqosa, 15. Kristiano Da Silva, 18. Corc Anton, 20. Kiril Bayala, 30. Yosip Brezoviç, 39. Ziduy Badibanqa, 55. Mateo Susiç, 90. Vaeçslav Posmak
Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. Yon Yardan, 7. Co Santos, 14. Benjamin Balima, 32. Yevgeni Oançea, 37. Vitalie Bordian, 99. Vitalie Damascan