ÇL: "Qarabağ"ın diqqəti Albaniyada

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi də müəyyənləşəcək.

İlk oyunda "Şerif"ə məğlub olan "Kukesi" Albaniyada məğlubiyyətin əvəzini çıxa bilsə, Ağdam təmsilçisinə rəqib olacaq. Əks halda, "köhlən atlar" pley-off uğrunda görüşdə Moldova çempionu ilə münasibətləri aydınlaşdıracaq.

Gecənin afişası isə belədir:

19 iyul 2017
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab görüşləri

20:00. “Dudelanj” (Lüksemburq) - APOEL (Kipr)
İlk oyun - 0:1

21:15. “Rusenborq” (Norveç) - “Dandalk” (İrlandiya)
İlk oyun - 1:1

21:30. “Kopenhagen” (Danimarka) - “Jilina” (Slovakiya)
İlk oyun - 3:1

21:30. “Kukesi” (Albaniya) - “Şerif” (Moldova)
İlk oyun – 0:1

22:00. “Lüdoqorets” (Bolqarıstan) - “Jalgiris” (Litva)
İlk oyun – 1:2

22:15. “Maribor” (Sloveniya) - “Zrinski” (Bosniya və Herseqovina)
İlk oyun -2:1

22:30. “Zalsburq” (Avstriya) - “Hibernians” (Malta)
İlk oyun – 3:0

22:45. “Legiya” (Polşa) - “Mariehamn” (Finlandiya)
İlk oyun - 3:0

22:45. “Seltik” (Şotlandiya) – “Linfild” (Şimali İrlandiya)
İlk oyun – 2:0

23:15. “Honved” (Macarıstan) - “Hapoel” (Beyer Şeva, İsrail)
İlk oyun - 1:2