ÇL: "Porto" "Roma"nı darmadağın etdi

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə adlayacaq beş komanda müəyyənləşəcək.

Diqqətlər, əsasən, İtaliyaya yönələcək. Səfərdən 1:1 hesablı heç-heçə ilə dönən "Roma" üstünlüyü doğma azarkeşlər önündə qorumağa çalışacaq.

Öz meydanında uduzan "Vilyarreal" isə "Monako" ilə səfər matçında, ən azı, iki top vurmalıdır.


23 avqust 2016
Çempionlar Liqası, pley-off mərhələsi
Cavab oyunları


“Viktoriya” (Çexiya) - “Ludoqorets” (Bolqarıstan) 2:2
İlk oyun – 0:2
Qollar: 
Duris, 7 (1:0), Vura, 17 (1:1), Mateju, 61 (2:1), Keseru, 90+5 (2:2) 

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Seltik” (Şotlandiya) 2:0
İlk oyun – 2:5
Qollar: 
Sahar, 21 (1:0), Hoban, 48 (2:0)

“Legiya” (Polşa) - “Dandalk” (İrlandiya) 1:1
İlk oyun – 2:0
Qollar: 
Benson, 19 (0:1), Kuçharzik, 90+2 (1:1)
Qırmızı vərəqə: Hlousek, 67 ("Legiya")

“Roma” (İtaliya) - “Porto” (Portuqaliya) 0:3
İlk oyun – 1:1
Qollar: 
Monteiro, 8 (0:1), Layun, 73 (0:2), Korona, 75 (0:3)
Qırmızı vərəqələr: De Rossi, 39; Emerson, 50 (hər ikisi "Roma")

“Monako” (Fransa) - “Vilyarreal” (İspaniya) 1:0
İlk oyun – 2:1
Qol: 
Fabinho, 90+1 (1:0)