ÇL: Yarımfinalda Madrid derbisi
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. SportLine.az nəticələri diqqətinizə çatdırır:
"Real" (Madrid) - "Atletiko" (Madrid)
"Monako" - "Yuventus"
Kardiffdə keçiriləcək final oyununda "Monako" - "Yuventus" cütünün qalibi meydan sahibi sayılacaq.
Bu gün UEFA Çempionlar Liqasında yarmfinal mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, Nyonda keçiriləcək tədbir Bakı vaxtı ilə 14:00-da başlanacaq.
Yarımfinala adlayan komandalar
"Real" (Madrid, İspaniya)
"Atletiko" (Madrid, İspaniya)
"Monako" (Fransa)
"Yuventus" (İtaliya)