Bəhlul Mustafazadənin son durumu
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə bir müddət də yaşıl meydanlardan kənarda qala bilər.
Sportline.az xəbər verir ki, fevral ayında aldığı zədə üzündən 6 ay forma geyinməyən futbolçu, əməliyyat olunan ayağında problem aşkarlanıb.
27 yaşlı mərkəz müdafiəçisi bu səbəbdən yenidən müalicə prosesi keçə bilər.
Bu isə Mustafazadənin qarşıdakı oyunlarda da iştirak edə bilməyəcəyi anlamına gəlir.
Qeyd edək ki, milli komandanın üzvü bu mövsüm yalnız "Şamaxı" ilə oyunda meydana çıxmışdı.