Çuameni ayrıla bilər
"Real Madrid"in yarımmüdafiəçisi Orelyan Çuameninin klubdan ayrılma ehtimalı var.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
26 yaşlı oyunçu ötən mövsüm meydana çıxdığı 49 matçda 2 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, O.Çuameni ilə Premyer Liqa klubları yaxından maraqlanır.