Çuameni İngiltərə nəhənginə transfer ola bilər

Orelyan Çuameni karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

“Mançester Yunayted” artıq Kazemiro üçün alternativ oyunçu axtarışına çıxıb və “Real Madrid”in yarımmüdafiəçisi Orelyen Çuameni onların əsas hədəfi kimi seçilib.

Klub rəhbərliyi və məşqçi heyəti 25 yaşlı futbolçunun transferini reallaşdırmaq üçün imkanları qiymətləndirməyə başlayıb.