Çuameni "Real Madrid"dən ayrılmaq niyyətində deyil

"Real Madrid"in fransalı yarımmüdafiəçisi Orelyan Çuameni yayda klubdan ayrılmaq niyyətində deyil.

Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.

26 yaşlı futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.

Qeyd edək ki, O.Çuameni "los blankos"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.