Cob qardaşının yolu ilə gedəcək

"Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingem karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, Cob Bellingem "Borussiya Dortmund"a transfer ola bilər.

19 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Cob Bellingem cari mövsüm çıxış etdiyi 40 matçda 4 qol 3 asistlə yadda qalıb.