Cokoviçin son durumu açıqlandı

Dünya tennisinin lideri Novak Cokoviç dizindən əməliyyat olunub.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Saşa Ozmo sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Cokoviçin bərpa olunmasına ən azı 3 həftə vaxt tələb olunur.

Qeyd edək ki, serbiyalı idmançı dizindəki zədə üzündən "Rolan Qarros" turnirində mübarizəni dayandırmışdı.

Onun "Uimbldon" turnirinədək tam sağalacağı gözlənilir.