Con Arias "Palmeyras"a transfer olacaq
"Vulverhempton"un futbolçusu Con Arias karyerasını "Palmeyras"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda "UOL" nəşri məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçinin dəyəri 15 milyon avrodur.
Qeyd edək ki, Brazilya klubu bu keçid üçün qarşı tərəfə 21.6 milyon avro ödəyəcək.