Con Duran “Fənərbağça”dan gedir

"Fənərbağça" futbolçusu Con Duranla yollarını ayırmaq üzrədir.

Sportline.az xəbər verir ki, kolumbiyalı hücumçu karyerasını Rusiyada davam etdirə bilər.

"A Spor"da yayımlanan xəbərə görə, Con Duran "Zenit" komandasının şərtlərini qəbul edib.

Məlumata görə, futbolçunun maaşının bir hissəsini "Zenit", digər hissəsini isə "Əl-Nəsr" ödəyəcək.