Conatan Deyvid İngiltərədə çıxış edə bilər

"Yuventus"un forvardı Conatan Deyvid qışda komandasını dəyişə bilər.

Sportline.az "Tutto Mercato Wep" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" və "Çelsi" 25 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

C.Deyvid bu mövsüm meydana çıxdığı 14 matçda 1 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Kanada millisinin üzvünün "Yuventus"la sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.