Conatan Deyvid "Lill"i tərk edir

"Lill"in kanadalı futbolçusu Conatan Deyvid mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "TuttoJuve"yə istinadən xəbər verir ki, "Mançester Yunayted", "Liverpul", "Vest Hem Yunayted", "Barselona", "Yuventus" və "İnter" Deyvidlə yaxından maraqlanır.

25 yaşlı hücumçunun "Lill"lə müqaviləsi mövsümün sonunda başa çatacaq. Deyvid Fransa klubu ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, Deyvid bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 23 qol və 10 məhsuldar ötürmə müəllifi olub.