Conatan Deyvid "Lill"i tərk edir?

"Lill"in kanadalı futbolçusu Conatan Deyvid mövsümün sonunda komandasını dəyişəcək.

Sportline.az "Tutto Juve" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Çelsi", "Liverpul", "İnter", "Yuventus" və "Paris Sen-Jermen" Deyvidin xidmətində maraqlıdır.

25 yaşlı futbolçunun "Lill"lə müqaviləsi mövsümün sonunda başa çatacaq. Futbolçu klubdan azad agent kimi ayrılacaq.

Qeyd edək ki, Conatan Deyvid 2020-ci ildən etibarən "Lill"də çıxış edir. O bu mövsüm çıxış etdiyi 41 matçda 23 qol və 10 asistlə yadda qalıb.