Conatan Deyvidin "Yuventus" macərası erkən bitə bilər
Bu yay "Lill"dən "Yuventus"a azad agent kimi transfer olunan Conatan Deyvid yanvar klubdan ayrıla bilər.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Tottenhem" və "Bavariya" kanadalı hücumçunu transfer etmək istəyir.
25 yaşlı futbolçu bu mövsüm Turin klubunun heyətində 11 matçda 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, C.Deyvidin transfer qiyməti 45 milyon avrodur.