CONCACAF ilin "ən yaxşısı"nı açıqladı
Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası (CONCACAF) 2017-ci ilin ən yaxşı oyunçusunun adını açıqlayıb. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, Kosta-Rika millisinin və Madrid "Real"ının qapıçısı Keylor Navas mükafata sahib çıxıb.
31 yaşlı qolkiper Kosta-Rika millisinin 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına kömək etməklə yanaşı, il ərzində Çempionlar Liqası, klublararası dünya çempionatı, La Liqa, İspaniya Kuboku və UEFA Super Kubokunun qalibi olub.
Qeyd edək ki, Keylor Navas 2014-cü ilin yayında 10 milyon avro müqabilində “Levante”dən “Real Madrid”ə keçib. O, 2014-сü ildə də CONCACAF-ın ən yaxşı futbolçusu seçilib.