Covanni Reyna karyerasını İtaliyada davam etdirəcək

"Borussiya Dortmund"un amerikalı futbolçusu Covanni Reyna karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Parma" Reynanı heyətinə qatmaq üçün hərəkətə keçib.

Tərəflər arasında danışıqlar davam edir. Oyunçu İtaliyada çıxış etmək fikrinə müsbət yanaşır.

Qeyd edək ki, Reynanın "Borussiya Dortmund"la sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir. Onun transfer qiyməti 10 milyon avrodur.