Cüdoçularımız bu gün medalsız qaldılar

Cüdoçumuz Gültac Məmmədəliyeva “Minsk 2019” II Avropa Oyunlarında bürünc medal qazanmaq imkanını əldən verib.

Sportline.az xəbər verir ki, 52 kq-dək çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici görüşdə italiyalı Odetta Quiffrida uduzub.

Qeyd edək ki, cüdo seçməmizin bu gün mübarizəyə qatılan digər 6 üzvü də medal qazana bilməyib.