Dabo millinin düşərgəsində

Millətlər Liqasında Kiprlə qarşılaşacaq millimiz ötən gündən Nikosiyadadır.

Sportline.az  xəbər verir ki, ötən mövsümün sonunda "Neftçi"dən qalmaqallı şəkildə ayrılaraq "Apollon"a keçən Baqali Dabo "ağ-qaralar"ın heyətində birgə çıxış etdiyi Anton Krivotsyuk, Ömər Buludov və "Zirə"nin üzvü, "Qəbələ"də bir yerdə oynadığı Elvin Camalovla görüşüb.

Dabo onlarla çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb.