Dabo "Neftçi"dən ayrılır

“Neftçi”nin hücumçusu Baqali Dabo Kiprin “Apollon” klubu ilə razılığa gəlib.

SportLine.az xəbər verir ki, bu barədə Kiprin kerkida.net saytı məlumat yayıb.

Dabo sayta açıqlamasında məlumatı təsdiqləyib:

“Hələ müqavilə bağlamamışam. "Apollon” əla komandadır. Mən hazırda Azərbaycanda futbolun nə zaman bərpa olunacağını gözləyirəm. “Apollon”a keçməyə yaxınam. Mən buna çox şadam. Klubun marağı məni sevindirdi”.