"Daçiya" Bakıya itkilərlə gəldi

UEFA Avropa Liqasında “Kəpəz”in rəqibi olan “Daçiya” klubu bu gün Bakıya gəlib.

SportLine.az supersport.az saytına istinadən xəbər verir ki, Moldova təmsilçisi Xəzər dənizinin yaxınlığındakı oteldə məskunlaşıb və qarşılaşmanın baş tutacağı “Dalğa Arena”da son məşqini keçirəcək.

“Daçiya”nın UEFA-ya göndərdiyi iştirak siyahısında olan futbolçuların hamısı Bakıya gəlməyib.

Oyunda Artyom Qaydukeviç, Petru Kostin, Vladimir Zastavnıy, Ruslan Şauvxalov və Andrey Bursuk iştirak etməyəcək. Komandaya Yaser Surkan qoşulub.