Dadaşovun komandasından heç-heçə

Polşa Ekstraklasasında 24-cü oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Motor” doğma meydanda “Qornik”i qəbul edib.

Oyunda hesab açılmayıb – 0:0. Dadaşov 73-cü dəqiqədə meydana daxil olub.

“Motor” bu nəticədən sonra  31 xalla turnir cədvəlində 13-cü yeri tutur.