Daha 4 idmançımız dopinqə görə cəzalandırıldı

Azərbaycanın daha dörd idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

Sportline.az xəbər verir ki, bunlar güləşçilər Əli Əminzadə və Azərkaşib Məhəmməd, eləcə də ağırlıqqaldıran Vasif Səfərovla atıcı Jalə Bayramovadır.

Bayramova 24 ay, digərləri isə 48 ay müddətinə diskvalifikasiya olunublar. Bunlardan sərbəst güləşçi olan Əli Əminzadə 2016-cı ildə İsveçin paytaxtı Stokholmda keçirilmiş yeniyetmələr arasında Avropa çempionatının bürünc mükafatçısıdır.

Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 49 idmançıya sanksiya tətbiq edib.