Daha bir böyük yarış təxirə salındı

Aprelin 5-də Parisdə keçirilməli olan qaçış marafonu təxirə salınıb.

Sportline.az xəbər verir ki, bu barədə yarışın təşkilatçısı "Amaury Sport Organisation" məlumat yayıb.

Bildirilib ki, Paris marafonu koronavirus epidemiyasının geniş yayılmasına görə, oktyabrın 18-də keçiriləcək.

Həmçinin bu həftəsonuna nəzərdə tutulan "Harmonie Mutuelle" marafonu da baş tutmayacaq. Yarış sentyabrın 6-da olacaq.

Qeyd edək ki, daha öncə Roma marafonu eyni səbəbdən təxirə salınıb.