Daha bir dünya çempionatının vaxtı dəyişdirildi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilməsi planlaşdırılan qısa məsafəyə üzgüçülük üzrə dünya çempionatı təxirə salınıb.
Sportline.az Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış 13 - 18 dekabr 2021-ci ildə olacaq.
Qeyd edək ki, mundialın bu il eyni vaxtda keçirilməsi planlaşdırılırdı.