Daha bir futbolçu koronavirusa yoluxdu

“Brayton” klubunun futbolçusu koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bunu klub rəsmisi Pol Barber açıqlayıb.

O, komandada 3 futbolçunun testdən keçdiyini söyləyib.

Onlardan birinin nəticəsi müsbət olub. Barber futbolçunun xəstəxanaya yerləşdirildiyini bildirib.

Koronavirusa yoluxan oyunçunun adı açıqlanmayıb.