Daha bir futbolçu koronavirusa yoluxdu

Çex Respublikasının "Slaviya" klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə Praqa təmsilçisi məlumat yayıb. İnfeksiyaya yoluxan oyunçunun adı açıqlanmayıb.

"Slaviya"nın bu gün "Vısoçinoy" klubu ilə planlaşdırdığı yoldaşlıq oyunu ləğv edilib. Komanda mayın 21-dək karantində olacaq.

Ölkə çempionatının mayın 23-də "Tepliçe" - "Slovan" matçı ilə bərpa edilməsi gözlənilir.