Şeydayevin sabiq klubunda koronavirus şoku

Moskva "Dinamo"sunun 3 futbolçusu koronavirusa yoluxub. 

Sportline.az xəbər verir ki, qapıçı David Sanqare, müdafiəçi Roman Yevgenyev və hücumçu Silvestr İqbunun testi müsbət nəticələnib. Bundan başqa klubun məşqçisi Dmitri İzotov və tibbi heyətin rəhbəri Aleksey Pleskov da COVID-19 yoxlamasından keçə bilməyib. Daha əvvəl "Dinamo"da Direkorlar Şurasının sədri Yuri Solovyovda da koronavirus aşkarlanıb. 

Komandanın mayın 21-nə planlaşdırılan məşqi qeyri-müəyyən müddətək təxirə salınıb.

Qeyd edək ki, Rusiya Premyer Liqasının iyunun 21-də bərpa olunmasına qərar verilib.