Daha bir "Qəbələ"li "Suqmayıt"da
Sumqayıt” heyətinə daha bir futbolçu cəlb edib.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “kimyaçılar” U-21 millimizin kapitanı Bəhlul Mustafazadənin keçidini həll edib. Futbolçu “Qəbələ”dən ilyarımlıq icarəyə götürüb.
20 yaşlı Bəhlul "Sumqayıt"da 13 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Sumqayıt" bundan öncə "Qəbələ"nin digər gənc futbolçusu Ehtiram Şahverdiyevi heyətinə cəlb edib.